Klublarımız üçün yeni avrokubok mövsümünün asan-çətin rəqibləri

30 İyun 2018 14:12 Avropa Liqası 708
Klublarımız üçün yeni avrokubok mövsümünün asan-çətin rəqibləri

Yeni mövsümün Avropa klub futbolunun istənilən halda ölkəmiz üçün böyük təntənəsi olacaq.

Doğrudu, bu yarışda komandalarımızdan birinin finala qədər irəliləməsi müşkül məsələyə bənzəyir.

Bütün dünyanın maraqla və həsrətlə gözlədiyi iki böyük final matçından biri Bakı Olimpiya Stadionunda keçiriləcək. Paytaxtımız tarixində ilk böyük peşəkar futbol bayramına gələn il mayın 29-da ev sahibliyi edərək, 213 kollektivin qatılacağı Avropa Liqasının final matçının təşkilatçısı olacaq.

Digər final oyunu – Çempionlar Liqasının son matçı gələn il iyunun 1-də Madriddə, «Atletiko»nun yeni «Estadio Metropolitano»sunun payına düşüb.

Birinci təsnifat mərhələsi iyulun 12-də və 19-da keçiriləcək Avropa Liqasında da ilk rəqiblər bəllidi. "Qəbələ" birinci təsnifatda nisbətən rahat rəqiblə qarşılaşacaq.

Klub mövsümün siftəsini səfərdə qeyd edəcəyi duellərdə Lüksemburqun «Proqres Nyederkorn»unu birmənalı olaraq keçməlidi.

«Neftçi» isə ilk qarşılaşmasını evdə keçirəcək. Rəqib - Macarıstan «Uypeşt»i isə asanlardan sayılmır.

«Keşlə» də səfər oyunu ilə yeni adının Avropa debütünü edəcək və Maltada «Baltsan» ilə üz-üzə gələcək.

Maraqlıdı ki, «Baltsan» Avropada yeganə qələbəsini məhz Azərbaycan klubu üzərində qazanıb, lakin iki oyunun cəmində uduzub («Neftçi» ilə 0:2 və 1:2). Həmin görüşü azarkeşlər gərgin Bakı ssenarisi ilə yəqin çox yaxşı xatırlayırlar.

İkinci təsnifat mərhələsinə (26 iyul və 2 avqust) uğurla adlayarsa, «Qəbələ»nin də Macarıstana üz tutmaq ehtimalı var. Mümkün rəqib birinci mərhələdə də oynayacaq. Macarıstanın «Budapeşt Honved»i Makedoniyanın «Rabotniçki» kollektivlərindən biri ikinci mərhələdə «Qəbələ» ilə üzləşə bilər.

«Keşlə» də birinci mərhələni keçərsə, özünə görə çətin, lakin keçilməsi mümkün olan rəqiblərdən birini sınağa çəkəcək. Bu rəqib birinci təsnifatın «Milsami Orhey (Moldova) – «Slovan» (Bratislava, Slovakiya) cütündən biridir.

«Neftçi» «Uypeşt» sınağından üzüağ çıxsa, ölkəmizə daha bir adlı-sanlı komandanı gətirəcək. Rəqib İspaniya «Sevilya»sı olacaq. İştah diş altında olduğu kimi, «Neftçi»nin də bu rəqibə sinə gərməsi üçün, ilk növbədə, özünəinamı lazımdı.

Bu yarışda qrupa qədər 3-cü təsnifat və seçmə pley-off mərhələləri də var. Qrup mərhələsinə 17 komanda birbaşa vəsiqə əldə edir, 31-i isə mübarizələrdən qatılacaq.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti