Azərbaycan klubunun qiymətini yunanlar verəcək- FOTO

30 İyun 2018 00:30 Avropa Liqası 726
Azərbaycan klubunun qiymətini yunanlar verəcək- FOTO

Avropa Liqasının I təsnifat mərhələsində iyulun 19-da keçiriləcək "Uypeşt" (Macarıstan) - "Neftçi" matçının hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, görüş yunanıstanlı Anastasios Papapetru idarə edəcək.

33 yaşlı referiyə Vasilius Kampuris və Trifon Petropulos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Angelos Evangelos yerinə yetirəcək.

Bu komandalar arasında ilk oyun iyulun 12-də Bakıda keçiriləcək. Həmin oyunun təyinatları isə açıqlanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti