"Qəbələ"nin üstünə “Olimpiakos”dan Torresi gətirirlər

29 İyun 2018 15:24 Avropa Liqası 572
"Qəbələ"nin üstünə “Olimpiakos”dan Torresi gətirirlər

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Lüksemburqun “Proqres” klubu hücum xəttini gücləndirib.

Sportinfo.az xəbər verir ki, Niderkorn təmsilçisi Kiprin “Olimpiakos” (Nikosiya) klubundan ayrılan portuqaliyalı hücumçu Romeu Torresi rəngərinə bağlayıb.

"Qəbələ" və "Proqres" arasındakı ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

Cavab matçı Lüksemburqun Differdanj şəhərində yerləşən "Munisipial" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti