"Neftçi"nin müdafiəçilərinə "qan uddurmayacaq" - Evinə get!

29 İyun 2018 13:12 Avropa Liqası 801
"Neftçi"nin müdafiəçilərinə "qan uddurmayacaq" - Evinə get!

"Uypeşt" Avropa Liqasında "Neftçi" ilə keçirəcəyi I təsnifat mərhələsinin oyunları ərəfəsində istedadlı futbolçusu Marko Filipoviçin xidmətlərindən məhrum olub.

Sportinfo.az-ın Budapeşt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı hücumçu Avstriyadakı təlim-məşq toplanışı zamanı sol dizindən xəsarət alıb.

O, yaxınlıqdakı xəstəxanada MRT müayinəsindən keçib. Lakin dəqiq diaqnoz qoymaq mümkün olmadığından, Filipoviç evinə göndərilib. Gənc forvardı macarıstanlı həkimlər də müayinə etdikdən sonra zədəsinin ciddilik dərəcəsini müəyyənləşdirəcəklər.

"Uypeşt" "Neftçi" ilə ilk oyununu iyulun 12-də Bakıdakı "Dalğa Arena"da, cavab görüşünü isə iyulun 19-da Budapeştdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti