“Neftçi”nin yolunu gözləyə-gözləyə 8 milyonluq transfer etdi

28 İyun 2018 13:24 Avropa Liqası 882
“Neftçi”nin yolunu gözləyə-gözləyə 8 milyonluq transfer etdi

"Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərədə - “Suonsi Siti”də çıxış edən yarımmüdafiəçi Roke Mesanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2021-ci ilə qədər müqavilə imzalayıblar. Transferin maddi detalları açıqlanmayıb.

Amma İspaniya mətbuatının yaydığı məlumata görə, “Sevilya” yeni oyunçusuna görə 8 milyon funt-sterlinqindən keçib.

“Sevilya” Avropa Liqasında Azərbaycan təmsilçisi “Neftçi”nin potensial rəqibidi. “Ağ-qaralar” bu turnirin birinci təsnifat mərhələsində Macarıstanın “Upeşt” klubunu mübarizədən kənarlaşdırmağı bacarsa, növbəti mərhələdə məhz İspaniya təmsilçisi ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti