“Keşlə”nin rəqibi yoxlama matçında 4 qol vurdu

27 İyun 2018 16:00 Avropa Liqası 440
“Keşlə”nin rəqibi yoxlama matçında 4 qol vurdu

“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan “Baltsan” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda təlim-məşq toplanışı çərçivəsində Makedoniyanın “Vardar” klubu ilə qarşılaşıb.

Görüş maltalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bu komanda bir neçə gün öncə Xorvatiyanın “Riyeka” klubu ilə də yoxlama oyunu keçirmişdi və həmin oyunda 1:2 hesabıyla uduzmuşdu. “Keşlə” “Baltsan”la ilk matçını iyulun 12-də səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti