"Keşlə"nin Avroliqadakı ilk oyununun stadionu və başlama saatı

27 İyun 2018 15:36 Avropa Liqası 610
"Keşlə"nin Avroliqadakı ilk oyununun stadionu və başlama saatı

"Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" komandasına qarşı keçirəcəyi ilk oyunun stadionun və başlama saatı müəyyənləşib.

Sportinfo.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş iyulun 12-də Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq.

Start fiti isə Bakı vaxtı ilə saat 21:00-da çalınacaq. Həmin gün saat 20:00-da "Qəbələ" öz meydanında Lüksemburq "Proqres"ini, saat 21:00-da isə "Neftçi" "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini qəbul edəcək. Cavab görüşləri iyulun 19-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti