"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Proqres"in baş məşqçisi Paolo Amadio açıqlama verib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis "qırmızı-qaralar"la oyunların hazırlıqlarına start verdiklərini deyib.
Amadio ötən il Avropa Liqasında "Reyncers"i mübarizədən kənarlaşdırlmalarını da xatırlayıb: "Bizim hədəfimiz var, vaxt gedir. Avropa Liqasının hazırlıqlarına başlamışıq.
Bizim haqda məlumat toplamaq istəyən internet "Proqres" yazsa, "Reyncers"ə qarşı keçirdiyimi matçları görəcək. Bunun "Qəbələ"yə təsir edib-etməyəcəyini bilmirəm. Biz önümüzüə baxırıq. Yola bu cür davam etməliyik".
Tərəflər arasındakı ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

