"Mənim razılığım olmadan heç kimin gəlməyəcəyinə zəmanət verə bilərəm"

23 İyun 2018 12:36 Avropa Liqası 1 226
"Mənim razılığım olmadan heç kimin gəlməyəcəyinə zəmanət verə bilərəm"

“Asan rəqib yoxdu.

Yaxşılardan biri olmaq istəyirsənsə, ən yaxşıya qarşı oynamalı və onu məğlub etməlisən”.

Sportinfo.az xəbər verir ki, bunu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.

Sloveniya klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq. Yerli mətbuata açıqlamasında cütlüyü dəyərləndirən Stolitsa heyətlə bağlı problemlərinin olduğunu vurğulayıb:

“Qarabağ” çox güclü heyətə malik olan komandadı. Heyəti formalaşdırmalı və mümkün qədər tez gücləndirməliyik. Bütün xətlərə oyunçu axtarırıq. Həm yerli, həm də əcnəbilər arasında seçim aparırıq.

Müdafiəçi, universal yarımmüdafiəçi və hücumçu almaq istəyirik. Mənim razılığım olmadan heç kimin gəlməyəcəyinə zəmanət verə bilərəm. Əcnəbilər daha güclü olmalı və fərq yaratmalıdılar. Təsir göstərə bilmədiyim yeganə şey azalan vaxtdı”.

Komandalar arasında ilk görüş iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti