"Proqres" - "Qəbələ" matçının stadionu və başlama saatı

23 İyun 2018 08:36 Avropa Liqası 1 000
"Proqres" - "Qəbələ" matçının stadionu və başlama saatı

"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" komandasına qarşı keçirəcəyi cavab oyununun başlama saatı və keçiriləcəyi məkan açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Differdanj şəhərində yerləşən "Munisipial" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Tərəflər arasındakı ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti