“Qəbələ”nin Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib.
Sportinfo.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.
Görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.

