Zaur Əzizov: "Avroliqa ilə bağlı uzunmüddətli plan qurmuruq"

21 İyun 2018 16:24 Avropa Liqası 1 483
Zaur Əzizov: "Avroliqa ilə bağlı uzunmüddətli plan qurmuruq"

«Onsuz da, püşkdə zəif rəqib yox idi» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.

Premyer Liqamızın gümüş medalçısı Avropa Liqasının 1-ci təsnifat mərhələsində Lüksemburqdan “Proqres” ilə düşüb.

İlk oyunlar iyulun 12-də, cavab görüşləri iyulun 19-da keçiriləcək. Əyalət klubunun rəsmisi işlərinin kifayət qədər çətin olacağını bildirib:

«Proqress» də kifayət qədər ciddi komandadı. Onları o qədər də yaxından tanımırıq. Onu bilirik ki, lüksemburqda ötən mövsümü ikincı sırada bitiriblər.

Oturub oyunlarımıza hazırlaşacağıq. Düşünürəm ki, komandamız həmin vaxtadək hazır olsa, bu rəqiblə mübarizə aparmaq olar.

Avroliqa ilə bağlı uzunmüddətli plan qurmuruq. Hər mərhələdə növbəti qələbəni qazanmağa çalışacağıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti