"Neftçi"nin yeni transferi: "Bz daha çox özümüzü fikirləşməliyik”

21 İyun 2018 13:12 Avropa Liqası 1 095
"Neftçi"nin yeni transferi: "Bz daha çox özümüzü fikirləşməliyik”

"Rəqibin kimliyindən asılı olmayaraq, oyuna tam köklənmək lazımdı.

Belə turnirlərdə hər bir komanda sürpriz edə bilər".

Sportinfo.az xəbər verir ki,, bunu "Neftçi"nin futbolçusu Baqali Dabo Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.

Fransalı hücumçu Macarıstan "Uypeşt"ini düzgün qiymətləndirməyə çağırıb: "Uypeşt” Avroliqaya Macarıstan çempionatından vəsiqə qazanmış komandadır. Bu, artıq bir göstəricidir. Amma biz daha çox özümüzü fikirləşməliyik”.

Dabo yeni transferlərin komandaya qısa müddətdə uyğunlaşmalarının vacibliyini də vurğulayıb: "Bizim bir neçə yeni oyunçumuz var, mən də onlardan biriyəm.

Komandaya tezliklə uyğunlaşmalı, bir-birimizi daha yaxşı başa düşməliyik ki, Avroliqada uğurla çıxış edə bilək”.

"Neftçi”yə iyunun 17-də keçən forvard özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib: "Buradan razıyam. Növbəti mövsümə bütün komanda kimi, mən də ciddi hazırlaşıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti