"Neftçi"yə qalib gələn məhəllə komandası Bakı yolunda - FOTO

21 İyun 2018 10:48 Avropa Liqası 1 095
"Neftçi"yə qalib gələn məhəllə komandası Bakı yolunda - FOTO

"Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Maltanın “Baltsan” klubunun kimliyinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Baltsan şəhərini təmsil edən komanda 1937-ci ildə yaradılsa da, hansısa ciddi uğuru yoxdu.

Onlar indiyədək yalnız I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar. "Baltsan" son mövsümü Premyer Liqada gümüş medallarla başa vurub.

Belə ki, şəhərin gənclərindən təşkil olunan komandanın Malta Premyer Liqasında debütü 2003-cü ilə təsadüf edib. Lakin həmin mövsüm yarışda 9-cu yeri tutduqlarından I diviziona qayıdıblar.

“Baltsan”ın yüksək liqaya qayıdışı 7 mövsümdən sonra reallaşıb və komanda 2012-ci ildə 6-cı olub. Onların ölkə kubokunda ən yaxşı göstəricisi isə 2009/2010 mövsümünə təsadüf edib. “Baltsan” 1/4 finala kimi irəliləyib.

Son mövsümdə 2-cü yerdə qərarlaşmaqla, ən yaxşı nəticəsini müəyyənləşdirən komanda avrokubokda 2015-ci ildə debüt edib.

Prezidenti Anton Taqliaferro olan klubu Marko Miçoviç çalışdırır. Onlar oyunlarını 17 min tamaşaçı tutumuna malik “Ta Kali” stadionunda keçirirlər. "Baltsan" 2016-ci ildə Avropa Liqasında "Neftçi" ilə üz-üzə gəlib.

Təmsilçimiz rəqibini iki oyunun nəticəsinə görə üstələyib. Tərəflər arasındakı ilk oyun Maltada, cavab oyunu isə Bakıda keçiriləcək

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti