Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, püşk nəticəsində “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də Avroliqanın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
Beləliklə, “Qəbələ” “Proqres” (Lüksemburq) səddini keçsə, 2-ci mərhələdə “Honved” (Macarıstan) – “Rabotniçki” (Makedoniya) cütünün qalibi ilə qarşılaşmalı olacaq. Komandamız ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirməlidi.
“Neftçi” “Uypeşt”i (Macarıstan) mübarizədən kənarlaşdıracağı halda növbəti mərhələdə İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab matçı Bakıda baş tutacaq.
Azərbaycan kubokunun qalibi “Keşlə”ni isə “Baltsan”ı (Malta) keçəcəyi halda “Milsami” (Moldova) – “Slovan” (Bratislava, Slovakiya) mübarizə gözləyəcək.
Təmsilçimiz yenə ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək. Bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab matçları isə avqustun 2-də keçiriləcək.
2-ci təsnifat mərhələsi
Qlenavon (Şimali İrlandiya)/Molde (Norveç) - Anortosis (Kipr)/Laçi (Albaniya)
Banants (Ermənistan)/Sarayevo (Bosniya və Herseqovina) - Atalanta (İtaliya)
Birkirkara (Malta)/Klaksvik (Farer adaları)/Jalgiris (Litva) - Vaduts (Lixtenşteyn)/Levski (Sofiya, Bolqarıstan)
Enqordani (Andorra)/Folqor (San Marino)//Kayrat (Almatı, Qazaxıstan) - Alkmaar (Hollandiya)
Aberdin (Şotlandiya) - Bernli (İngiltərə)
Rudar (Çernoqoriya)/Partizan (Serbiya) - Sefn Druids (Uels)/Trakay (Litva)//İrtış (Qazaxıstan)
Baltsan (Malta)/KEŞLƏ (AZƏRBAYCAN) - Milsami (Moldova)/Slovan (Bratislava, Slovakiya)
Kliftonvill (Şimali İrlandiya)/Nordsyelland (Danimarka) - Şemrok Rovers (İrlandiya)/AIK (İsveç)
Rudar (Sloveniya)//Tre Fiori (San Marino)/Bala Taun (Uels) - Styaua (Buxarest, Rumıniya)
Hapoel (Hayfa, İsrail) – Laxti (Finlandiya)/Hafnarfyordur (İslandiya)
Levadiya (Estoniya)/Dandolk (İrlandiya) - AEK (Larnaka, Kipr)
Zarya (Beltsı, Moldova)/Qornik (Polşa) - Buduçnost (Çernoqoriya)/Trençin (Slovakiya)
Ferentsvaroş (Macarıstan)/Makkabi (Təl-Əviv, İsrail) - Radniçki (Serbiya)//Sent Culiya (Andorra)/Qzira Yunayted (Malta)
ÇSKA (Sofiya, Bolqarıstan)/Riqa (Latviya) - Admira Vakker (Avstriya)
Spartak (Subotiça, Serbiya)/Kolreyn (Şimali İrlandiya) - Sparta (Praqa, Çexiya)
Leyptsiq (Almaniya) – Liepaya (Latviya)/Hakken (İsveç)
Styarnan (İslandiya)/Nomme Kalyu (Estoniya) - Kopenhagen (Danimarka)/KuPS (Finlandiya)
Ufa (Rusiya) – Şiroki Briyeq (Bosniya və Herseqovina)/Domjale (Sloveniya)
Samtredia (Gürcüstan)/Tobol (Qazaxıstan) - Pünik (Ermənistan)/Vardar (Makedoniya)
Yagelloniya (Polşa) - Rio Ave (Portuqaliya)
LASK (Avstriya) - Lillestrom (Norveç)
Honved (Macarıstan)/Rabotniçki (Makedoniya) - Proqres (Lüksemburq)/QƏBƏLƏ (AZƏRBAYCAN)
Petrokub (Moldova)/Osiyek (Xorvatiya) - Reyncers (Şotlandiya)/Şkupi (Makedoniya)
Torshavn (Farer adaları)/Sent Cosef (Cəbəllütariq)//OFK (Çernoqoriya) - Beşiktaş (Türkiyə)
Dunayska Streda (Slovakiya)/Dinamo (Tiflis, Gürcüstan) - Derri Siti (İrlandiya)/Dinamo (Minsk, Belarus)
Ventspils (Latviya)/Luftetari (Albaniya) – Bordo (Fransa)
Jelezniçar (Bosniya və Herseqovina)/Narva Trans (Estoniya) - Ştumbras (Litva)/Apollon (Limassol, Kipr)
Rasinq Yunion (Lüksemburq)/Viitorul (Rumıniya) - Vitess (Hollandiya)
Senkt Qallen (İsveçrə) - Vestmannaeyyar (İslandiya)/Sarpsborq (Norveç)
Dinamo (Brest, Belarus) - Atromitos (Yunanıstan)
Sevilya (İspaniya) - NEFTÇİ (AZƏRBAYCAN)/Uypeşt (Macarıstan)
Konnas Kuey (Uels)/Şaxtyor (Soliqorsk, Belarus) - Lex (Polşa)/Qandzasar (Ermənistan)
Haybernian (Şotlandiya)/NSİ Runavik (Farer adaları) - Asteras (Yunanıstan)
Çixura (Gürcüstan)/Beytar (İsrail) - Partizani (Albaniya)/Maribor (Sloveniya)
Genk (Belçika) - Fola Eş (Lüksemburq)//Europa (Cəbəllütariq)/Priştina (Kosovo)
Yurqaredn (İsveç) - Mariupol (Ukrayna)
Hayduk (Split, Xorvaiya) - İlves (Tampere, Finlandiya)/Slaviya (Sofiya, Bolqarıstan)

