Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.
"Keşlə" Maltanın "Baltsan" klubuna rəqib olub. İlk oyun iyulun 12-də səfərdə keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Milsami" (Orxey, Moldova) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə görüşəcək.
"Neftçi" Macarıstan "Uypeşt"i ilə üz-üzə gələcək. İlk oyun Bakıda olacaq. Bu mərhələni adlayan klubun rəqibi isə İspaniyanın "Sevilya" klubu olacaq.
"Qəbələ" isə Lüksemburq "Proqres"inə rəqib olub. İlk oyun səfərdə nəzərdə tutulub. Bu mərhələnin qalibi "Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 26-da və avqustun 2-də keçiriləcək.

