"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Uypeşt”in kifayət qədər güclü komanda olduğunu bildirib.
"Uypeşt"lə ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək. O, Macarıstan komandasını xüsusən fiziki baxımdan fərqləndirib.
Bununla belə, Bordin "Neftçi"nin qarşısında böyük məqsədlərin olduğunu vurğulayıb: "Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib, bu dueldən qalib çıxaq”.

