Azərbaycan klubları Avropa Liqasındakı ilk rəqiblərini tanıdı

20 İyun 2018 14:24 Avropa Liqası 1 023
Azərbaycan klubları Avropa Liqasındakı ilk rəqiblərini tanıdı

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, püşk nəticəsində Azərbaycanı bu turnirdə təmsil edəcək 3 klubun - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bəlli olub.

Premyer Liqanın gümüş mükafatçısı “Qəbələ” “Proqres”lə (Lüksemburq), çempionatı üçüncü pillədə başa vuran “Neftçi” “Uypeşt”lə (Macarıstan) rəqib olub.

Ölkə kubokunun qalibi “Keşlə” isə “Baltsan”la (Malta) mübarizə aparmalı olacaq. Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

Keşlə - Baltsan (Malta)
Neftçi - Uypeşt (Macarıstan)
Qəbələ - Proqres (Lüksemburq)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti