Avroliqaya buraxılmayacaq - “Milan”ın təklifi qəbul edilmədi

20 İyun 2018 16:12 Avropa Liqası 839
Avroliqaya buraxılmayacaq - “Milan”ın təklifi qəbul edilmədi

Böyük ehtimalla, “Milan” UEFA tərəfindən cəzaya məruz qalacaq.

Sportinfo.az xəbər verir ki, UEFA “Milan”ı Avropa Liqasından uzaqlaşdırmağı düşünür.

Buna səbəb İtaliya nəhənginin maliyyə feyr-pleyinə əməl etməməsidi. “Milan” məsələni nizama salmaq üçün UEFA-ya 2-ci dəfə təklif irəli sürüb. Ancaq Avropanın ali futbol qurumu bu təklifi qəbul etməyib.

UEFA “Milan”ın biznes sferasında mənfi reputasiyaya malik olan rəhbərliyinə inanmır. Məlumata görə, cəzalanacağı təqdirdə, “Milan”ın Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti