2018/19 mövsümündə Azərbaycanı avrokuboklarda "Qarabağ", "Keşlə", "Qəbələ" və "Neftçi" klubları təmsil edəcək.
Sportinfo.az xəbər verir ki, UEFA-nın reytinq siyahısında 19-25-ci pillələrdə qərarlaşmış 7 ölkənin kubok qalibləri yarışa 2-ci təsnifat mərhələsindən qatılacağı üçün Azərbaycan kubokunun qalibi “Keşlə” də Avropa Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan reytinqdə 23-cü yerdə olduğu üçün "Keşlə" 1-ci təsnifat mərhələsindən azaddı. Ölkəmizi Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək.
Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən start verəcək. "Qəbələ” və “Neftçi” isə Avropa Liqasında I təsnifat mərhələsindən başlayacaq.

