"Qarabağ" sosial şəbəkə hesabında "Atletiko"nu təbrik etdi

18 May 2018 15:36 Avropa Liqası 550
"Qarabağ" sosial şəbəkə hesabında "Atletiko"nu təbrik etdi

"Atletiko" Avropa Liqasının finalında "Marsel"ə 3:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Bu, Madrid klubunun turnir tarixində 3-cü zəfəri olub.

Sportinfo.az xəbər verir ki, bu münasibətlə "Qarabağ" sosial şəbəkə hesabında "hindular"ı təbrik edib.

"Atletiko" "Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparmışdı. Dieqo Simeonenin komandası Ağdam klubu ilə hər iki görüşdə heç-heçə edərək mübarizəsini Avropa Liqasında davam etdirmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti