Bu gün Avropa Liqasının qalibi bəlli olacaq.
Sportinfo.az xəbər verir ki, finalda Madrid “Atletiko”su və “Marsel” üz-üzə gələcək.
Qarşılaşma Fransanın Lion şəhərində baş tutacaq. “Atletiko” 2009/2010 və 2011/12 mövsümündə Avropa Liqasının qalibi olub. “Marsel” avrokuboklarda sonuncu dəfə 25 il əvvəl çempionluq sevinci yaşayıb.
22:45. “Marsel” (Fransa) - “Atletiko” (İspaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Lion, “Park Olimpik Lion”

