2018/19 mövsümündə Azərbaycvanı Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin potensial rəqiblərinin sayı artıb.
Sportinfo.az xəbər verir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “qırmızı-qaralar” buranın güclülərindən sayılır.
İndiki məqamda Roman Qriqorçukun komandası mərhələdə 8-ci kollektivdi və səpələnmişlər sırasında yer alacaq. Bu da təmsilçimizin daha münasib komanda ilə qarşılaşacağı deməkdi.
“Qəbələ”nin I təsnifat mərhələsində 24 potensial rəqibi dəqiqləşib. Aşağıda adları qeyd olunan bu komandalar I təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alacaqlar və təmsilçimiz üçün mümkün rəqib sayılırlar:
“Styarnan” (İslandiya), “Kliftonvil”, “Qlenavon”, “Kolreyn” (hamısı Şimali İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Buduçnost” (Monteneqro), “Petrokub” (Moldova), “Çixura”, “Samtredia” ( hər ikisi Gürcüstan), “Luftetari” (Albaniya), “Vestmannaeyar” (İslandiya), “Liepaya”, "Riqa" (hər ikisi Latviya), “İlves”, “KuPS”, “Lahti”, (hamısı Finlandiya), “Derri Siti”, “Şemrok Rovers” (hər ikisi İrlandiya), “Narva Trans” (Estoniya), “Stumbras” (Litva), “Baltsan” (Malta), “Proqres” (Lüksemburq), “Konnax Kuey Nomads” (Uels), “Runavik” (Farer Adaları)
Bu komandaları avrokuboklara digər iddiaçılar – “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Keşlə” üçün də potensial rəqib hesab etmək olar. Çünki bütün klublarımız bu mərhələdə səpələnmişlər səbətində yer alacaq.

