Premyer Liqada XXVI tur Avropa Liqasında Azərbaycanın ilk təmsilçisinin müəyyənləşməsinə səbəb olub. “Qəbələ” ən azı 3-cü pilləni təmin etməklə buna nail olub.
Sportinfo.az xəbər verir ki, 2018/19 mövsümündə Avrpa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “qırmızı-qaralar” buranın güclülərindən sayılır.
İndiki məqamda Roman Qriqorçukun komandası mərhələdə 6-cı kollektivdi və səpələnmişlər sırasında yer alacaq. Bu da təmsilçimizin daha münasib rəqiblə qarşılaşacağı deməkdi.
“Qəbələ”nin I təsnifat mərhələsindəki bəzi mümkün rəqibləri də dəqiqləşib. Onların sayı 18-di. Aşağıda adları qeyd olunan bu komandalar I təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alacaqlar və təmsilçimiz üçün potensial rəqib sayılırlar:
DAK (Slovakiya), “Petrokub” (Moldova), “Çixura”, “Samtredia” ( hər ikisi Gürcüstan), “Vestmannaeyar” (İslandiya), “Liepaya”, "Riqa" (hər ikisi Latviya), “İlves”, “KuPS”, “Lahti”, (hamısı Finlandiya), “Derri Siti”, “Şemrok Rovers” (hər ikisi İrlandiya), “Stumbras” (Litva), “Baltsan” (Malta), “Qlenavon”, “Kolreyn” (hər ikisi Şimali İrlandiya), Konnax Kuey Nomads (Uels), “Runavik” (Farer Adaları)
Adları qeyd olunan komandaları avrokuboklara digər iddiaçılar – “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Keşlə” üçün də potensial rəqib hesab etmək olar. Çünki bütün klublarımız bu mərhələdə səpələnmişlər səbətində yer alacaq.

