Klublarımız arasında ən güclüsü "Qəbələ"di - Avroliqada

5 May 2018 16:24 Avropa Liqası 579
Klublarımız arasında ən güclüsü "Qəbələ"di - Avroliqada

Azərbaycanı Avropa Liqasında təmsil edəcək komandaların hansı səbətdə yer alacağı məlum olub. Mübarizəyə I təsnifat mərhələsindən start verəcək klublarımız səpələnmişlər sırasında yer alacaqlar.

Sportinfo.az xəbər verir ki, buna Azərbaycan təmsilçilərinin reytinq xallarının yüksək olması imkan yaradıb.

Hazırda “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Keşlə”nin Avropa Liqası şansı var ki, onlardan hansı 3-nün vəsiqə qazanmasından asılı olmayaraq, hər biri səpələnmişlər sırasında olacaq.

“Qəbələ”nin 5,250, digər 4 klubun isə 3,825 xala malik olması onların daha zəif rəqiblərlə qarşılaşmalarını təmin edəcək. “Qırmızı-qaralar” vəsiqə qazanacağı halda hətta mərhələnin ən güclülərindən olacaqlar. Digər təmsilçilərimiz isə reytinqinə görə səbətdə ortabablar sırasında olacaq.

Azərbaycan klublarının səbətinə əsasən onların dəqiqləşən potensial rəqibləri də məlumdu: “Petrokub” (Moldova), “Çixura” (Gürcüstan), “Vestmannaeyar” (İslandiya), “Liepaya”, "Riqa" (hər ikisi Latviya), “Lahti”, “KuPS”, “İlves” (hamısı Finlandiya), “Şemrok Rovers”, “Derri” (hər ikisi İrlandiya), “Stumbras” (Litva), “Kolreyn (Şimali İrlandiya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti