Avropa Liqasında finalçılar müəyyənləşdi: “Atletiko” - "Marsel"

4 May 2018 01:45 Avropa Liqası 583
Avropa Liqasında finalçılar müəyyənləşdi: “Atletiko” - "Marsel"

Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, "Atletiko" evdə "Arsenal"a 1:0 hesabı ilə qalib gəlib.

İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün Madrid klubu finala yüksəlib. Digər görüşdə isə "Zalsburq" "Marsel"i 2:1 hesabı ilə məğlub edib. Lakin iki oyunun nəticəsinə görə, 3:2 hesabı ilə qalib gələn "Marsel" finala yüksəlib.

“Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (London, İngiltərə) - 1:0

Qol: Dieqo Kosta, 45+2

İlk oyun: 1:1

“Zalsburq” (Avstriya) – “Marsel” (Fransa) - 2:1 (əlavə vaxt)

Qollar: Haydara, 53, Şaqler, 65 - Rolando, 116

İlk oyun: 0:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti