"Bərabərlik qolu ilə yıxıldıq. çox məyusuq, fürsəti qaçırdıq"

27 Aprel 2018 14:36 Avropa Liqası 747
"Bərabərlik qolu ilə yıxıldıq. çox məyusuq, fürsəti qaçırdıq"

"Arsenal"ın baş məşqçisi Arsen Venger Avropa Liqasının yarımfinalının ilk matçında "Atletiko" ilə 1:1 hesablı nəticədən sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, son dəqiqələrdə qol buraxan "topçular"ın baş məşqçisi buna görə məyus olduqlarını dilə gətirib:

"İstədiyimiz performansı sərgilədik və hesabda 1:0 önə keçdik. Uzun ötürmələrdə diqqətli olmalı idik.

Onların yeganə şansları bu idi. Bütün komanda bərabərlik qolundan sonra yıxıldı. Çox məyusuq. İlk matçda finala çıxa bilərdik, amma fürsəti qaçırdıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti