Avropa Liqasında 1/4 finalın cavab matçları keçirilib.
Sportinfo.az xəbər verir ki, "Arsenal" səfərdə ilk oyunda 4:1 hesabıyla darmadağın etdiyi ÇSKA ilə qarşılaşıb.
Görüş 2:2 hesablı heç-heçəylə yekunlaşıb. Bu nəticə "topçular"ı yarımfinala yüksəldib.
ÇSKA (Rusiya) – “Arsenal” (İngiltərə) 2:2
Qollar: Çalov, 39, Nababkin, 50 - Uellbek, 75, Remzi, 90+2
İlk oyun – 1:4

