“Qarabağ”ın rəqibi olmuş “Atletiko” AL-da yarımfinala doğru!

6 Aprel 2018 08:00 Avropa Liqası 658
“Qarabağ”ın rəqibi olmuş “Atletiko” AL-da yarımfinala doğru!

Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, 1/8 finalda “Milan”ı mübarizədən kənarlaşdıran “Arsenal” bu dəfə ÇSKA-nı qəbul edib.

Ölkə çempionatında işləri qaydasında getməyən “topçular” qitənin ikinci dərəcəli klub turnirində uğur qazanmaqla, Premyer Liqadakı uğursuzluğu unutdurmaq niyyətindədi.

Ruslar isə Londondan sərfəli hesabla qayıtmağı planlaşdırırdı. Lakin onların bu istəyi baş tutmayıb. Doğma meydanda böyük hesabla qalib gələn London klubu demək olar ki, yarımfinala vəsiqəni böyük ölçüdə həll edib.

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olmuş “Atletiko” isə evdə “Sportinq”lə üz-üzə gəlib. Qitənin ən nüfuzlu klub turnirində qrupda gözlənilmədən ilk iki pillədən geri qalan Dieqo Simeonenin yetirmələri də Avroliqaya bəraət şansı kimi baxır.

La Liqada lider “Barselona”dan bir xeyli geri düşən “hindular” məhz Avropa Liqasındakı uğurla azarkeşlərini sevindirməyi düşünür. Madrid təmsilçisi Portuqaliya klubunu doğma meydanda iki cavabsız qolla məğlub edib.

Digər oyunlarda “Latsio” “Zalsburq”u, “Leyptsiq” isə “Marsel”i qəbul edib. Bu oyunlarda da qələbəni meydan sahibləri bayram ediblər.

"Zalsburq"un heyətində ilk qolu isə UEFA Millətlər Liqasında millimizin rəqiblərindən olan Kosovo yığmasının üzvü Valon Berişa vurub.

Leyptsiq (Almaniya) - Marsel (Fransa) 1:0


Qol: Verner, 45.



Arsenal (İngiltərə) - ÇSKA (Rusiya) 4:1

Qol: Remzi, 9; 28. Lakazett, 23-pen; 35 - Qolovin, 15.



Atletiko (İspaniya) - Sportinq (Portuqaliya) 2:0

Qol: Koke, 1. Qrizmann, 40.



Latsio (İtaliya) - Zalsburq (Avstriya) 4:2

Qol:
Luliç, 8. Parolo, 49. Anderson, 74. İmmobile, 76 - Berişa, 30-pen. Minamino, 71.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti