"Qarabağ"ın dağ çəkdiyi rəqib "Sportinq"lə qarşılaşacaq - Avropa Liqa püşkü

16 Mart 2018 16:48 Avropa Liqası 599
"Qarabağ"ın dağ çəkdiyi rəqib "Sportinq"lə qarşılaşacaq - Avropa Liqa püşkü

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Avropa Liqasının final oyununun səfiri olan Erik Abidal da iştirak edib.

Püşkatmada İtaliya (Latsio), İngiltərə (Arsenal), Fransa (Marsel), Portuqaliya (Sportinq), İspaniya (Atletiko), Almaniya (Leyptsiq), Rusiya (ÇSKA) və Avstriya (Zalsburq) hərəyə bir komanda ilə təmsil olunub.

Turnirin favoritlərindən olan "Arsenal" bu mərhələdə ÇSKA ilə qarşılaşacaq. 1/8 finalda Dortmund "Borussiya"sını mübarizədən kənarlaşdırmış "Zalsburq" isə bu dəfə "Latsio" ilə üz-üzə gələcək.

Digər cütlərdə isə "Leyptsiq" "Marsel"lə, "Atletiko" isə "Sportinq"lə qarşılaşacaq. Avroliqanın 1/4 final mərhələsinin ilk oyunları aprelin 5-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.

Leyptsiq (Almaniya) - Marsel (Fransa)

Arsenal (İngiltərə) - ÇSKA (Rusiya)

Atletiko (İspaniya) - Sportinq (Portuqaliya)

Latsio (İtaliya) - Zalsburq (Avstriya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti