"Oyunçularımı məzəmmət etməyəcəm, onlarla qürur duyuram"

16 Mart 2018 16:12 Avropa Liqası 505
"Oyunçularımı məzəmmət etməyəcəm, onlarla qürur duyuram"

"Milan"ın baş məşqçisi Cennaro Qattuzo Avropa Liqasının 1/8 finalında səfərdə "Arsenal"a ududzduqları və mübarizəni dayandırdıqları görüşdən sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis oyunda şübhəli penalti epizodu haqda şərh verməyib:

"Hakim barədə danışmaq istəmirəm. Çünki onlar da futbolçular kimi səhv edə bilərlər. Təəssüf ki, ilk oyunda məğlub olduq. Oyunçularımla qürur duyuram və məzəmmət etməyəcəm.

Donnarumma isə başını qaldırıb irəli baxmalıdı. Bu gün təcrübəli qapıçılar da səhvlər edir. Canluicinin də səhv etməsi problem deyil. Onu qorumalıyıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti