Stadionun mühafizəçiləri döyüldü

16 Mart 2018 13:36 Avropa Liqası 489
Stadionun mühafizəçiləri döyüldü

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atletik” və “Olimpik” (Marsel) arasında keçirilmiş cavab oyunundan öncə insident qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, Marsel təmsilçisinin azarkeşləri oyunun keçirildiyi “San Mames” stadionunun mühafizəçilərinə hücum ediblər.

Tərəflər arasındakı dava-dalaş arenanın təhlükəsizlik xidmətinin iki əməkdaşının yaralanması ilə nəticələnib.

Onlar dərhal xəstəxanaya çatdırılıblar və həyati təhlükələrinin olmadığı bildirilir. Mühafizəçilərə hücum çəkən fransız fanatların bir neçəsi saxlanılıb.

Oyunun gedişi zamanı da fransız azarkeşlərin tribunalarda olaylar çıxardığı xəbər verilir. Bu oyun Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da qələbə qazanmış marsellilər 1/4 finala yüksəliblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti