İcraçı direktoru saxlanıldı - pasportunu harda itirdiyi bilinmir

14 Mart 2018 11:24 Avropa Liqası 479
İcraçı direktoru saxlanıldı - pasportunu harda itirdiyi bilinmir

Avropa Liqasının 1/8 finalının “Lokomotiv”lə keçiriləcək cavab qarşılaşması üçün Moskvaya gələn “Atletiko” problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, “Atletiko”nun icraçı direktoru Migel Anhel Hil Marina Moskva aeroportunda saxlanılıb.

O, gömrük yoxlamasından keçərkən pasportunu tapa bilməyib. İcraçı direktorun pasportunu harda itirdiyi məlum deyil. Təyyarəyə baxış keçirilsə də, pasport tapılmayıb.

Sənədlə bağlı problem həll olunana qədər, o, aeroportda qalmalı olacaq. “Lokomotiv” - “Atletiko” oyunu martın 15-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti