"Milan"la "Borussiya" uduzdu, "Atletiko" uddu - VİDEOLAR

9 Mart 2018 08:00 Avropa Liqası 555
"Milan"la "Borussiya" uduzdu, "Atletiko" uddu - VİDEOLAR

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, mərhələnin ən maraq doğuran oyunlarından biri Milanda baş tutub.

Öz ölkələrinin ən köklü klublarından olan “Arsenal” və “Milan” “San-Siro” stadionunda münasibətlərinə aydınlıq gətiriblər.

Komandaların nüfuzuna görə bu matçı Avropa Liqasında erkən final da adlandırırlar. Matç London təmsilçisinin inamlı qələbəsiylə başa çatıb.

Dortmund "Borussiya"sı da evdə "Zalsburq"la qarşılaşıb. Almaniya klubu bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib.

"Atletiko" doğma meydanda Moskva "Lokomotiv"i ilə üz-üzə gəlib. Madrid təmsilçisi rəqibini darmadağınla məğlub edib.

Maraqlı görüşlərdən biri də "Latsio" ilə Kiyev "Dinamo"su arasında baş tutub. Ukrayna klubu İtaliyadan sərfəli nəticə ilə qayıtmağı bacarıb.

Milan (İtaliya) - Arsenal (İngiltərə) 0:2

Qol: Mxitaryan, 15. Remzi, 45.

Borussiya (Dortmund, Almaniya) - Zalsburq (Avstriya) 1:2

Qol: Şürrle, 63 - Berişa, 49-pen; 56.

ÇSKA (Rusiya) - Lion (Fransa) 0:1

Qol: Marselo, 68.

Atletiko (İspaniya) - Lokomotiv (Rusiya) 3:0

Qol: Saul, 22. D.Kosta, 47. Koke, 90.

Sportinq (Portuqaliya) - Viktoriya (Çexiya) 2:0

Qol: Montero, 45; 49.

Marsel (Fransa) - Atletik (İspaniya) 3:1

Qol: Okampos, 1; 58. Payet, 14 - Aduris, 45-pen.

Leyptsiq (Almaniya) - Zenit (Rusiya) 2:1

Qol: Bruma, 56. Verner, 77 - Krisçito, 86.

Latsio (İtaliya) - Dinamo (Kiyev, Ukrayna) 2:2

Qol:
İmmobile, 54. Anderson, 62 - Tsiqankov, 52. Moraes, 79.

Milan (İtaliya) – Arsenal (İngiltərə) 0:2

Borussiya (Dortmund, Almaniya) – Zalsburq (Avstriya) 1:2

ÇSKA (Moskva, Rusiya) – Lion (Fransa) 0:1

Atletiko (İspaniya) – Lokomotiv (Rusiya) 3:0

Latsio (İtaliya) – Dinamo (Kiyev, Ukrayna) 2:2

Marsel (Fransa) – Atletik (Bilbao, İspaniya) 3:1

Leyptsiq (Almaniya) – Zenit (Rusiya) 2:1

Sportinq (Portuqaliya) – Viktoriya (Çexiya) 2:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti