"Qarabağ"la eyni qrupda yer alan "Atletiko"nun 1/8 final həyəcanı

8 Mart 2018 10:36 Avropa Liqası 453
"Qarabağ"la eyni qrupda yer alan "Atletiko"nun 1/8 final həyəcanı

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, mərhələnin ən maraqla gözlənilən matçı İtaliyada olacaq.

Burada "Milan" London "Arsenal"ını qəbul edəcək. Uzun ilər Çempionlar Liqasında rəqib olan iki nəhəng klub bu dəfə Avroliqada üz-üzə gələcək.

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Atletiko" Madriddə Moskva "Lokomotiv"i ilə qarşılaşacaq.

Dortmund "Borussiya"sı öz meydanında Avstriyanın "Zalsburq" klubunu qəbul edəcək.

22:00."Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)

22:00. "Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya)

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)

22:00. MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa)

00:05."Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

00:05. "Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)

00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)

00:05. "Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti