Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticələrinə əsasən, qitənin ikinci dərəcəli klub turnirinin 1/8 final mərhələsində erkən final olacaq.
Kor püşk İtaliya və İngiltərə nəhəngləri - "Milan" və "Arsenal"ı üz-üzə qoyub. Turnirin favoritlərindən olan "Atletiko" isə "Lokomotiv"lə qarşılaşacaq.
1/8 final mərhələsinin ilk oyunları martın 8-də, cavab qarşılaşmaları isə bir həftə sonra - ayın 15-də keçiriləcək.
Latsio (İtaliya) - Dinamo (Kiyev, Ukrayna)
Leyptsiq (Almaniya) - Zenit (Rusiya)
Atletiko (İspaniya) - Lokomotiv (Rusiya)
ÇSKA (Rusiya) - Lion (Fransa)
Marsel (Fransa) - Atletik (İspaniya)
Sportinq (Portuqaliya) - Viktoriya (Çexiya)
Borussiya (Dortmund, Almaniya) - Zalsburq (Avstriya)
Milan (İtaliya) - Arsenal (İngiltərə)

