“Qırmızı meydan"da “Putin, hardasan” deyə zarafat etdi - VİDEO

22 Fevral 2018 10:24 Avropa Liqası 581
“Qırmızı meydan"da “Putin, hardasan” deyə zarafat etdi - VİDEO

Avropa Liqasının 1/16 final mərhələsinin “Lokomotiv”lə cavab oyunu üçün Rusiyanın paytaxtı Moskvada olan “Nitsa”nın hücumçusu Mario Balotelli yenə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, “Super Mario” “Qırmızı meydan"da gəzintidə olarkən “Putin, hardasan” deyə zarafat edib.

O, bu anı şəxsi “instaqram” səhifəsində də paylaşıb. Hücumçu bu sözləri komanda yoldaşlarından birinin ərazidəki binalardan birini göstərərək “Putin burdadı” sözlərindən sonra deyib.

Balotellinin zarafatı komanda yoldaşlarının gülüşünə səbəb olub. “Lokomotiv” - “Nitsa” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu komandalar arasında Fransada baş tutmuş ilk qarşılaşmada Moskva təmsilçisinin 3:2 hesablı qələbəsi ilə nəticələnib. Həmin oyunda “Nitsa”nın hər iki qoluna Balotelli imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti