Dünən Avropa Liqasının 1/16 final mərhələsinin ilk görüşləri keçirilib.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün maraqlı qarşılaşma “Kopenhagen”lə “Atletiko” arasında oldu (4:1).
Belə ki, hər iki komanda məhz Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”la qarşılaşıb. Danimarka klubu pley-off mərhələsində Ağdam təmsilçisinə uduzubsa, “Atletiko” ağdamlılarla matçda itirilən xallara görə qitənin ən nüfuzlu klub turnirindən kənarda qalaraq Avroliqaya yuvarlanıb.
Bu oyun öncəsi “Qarabağ”ın rəsmi sosial şəbəkə hesabları qarşılaşma haqqında paylaşım edib. “Köhnə dostlar”a uğurlar arzu edən ağdamlıların səhifəsi onlara söz atmağı da unutmayıb:
“Köhnə dostlar, sizə uğurlar arzu edirik. Ümid edirik ki, bizi unutmamısız”.

