"Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanqın "Arsenal"a keçidi rəsmiləşib.
Sportinfo.az xəbər verir ki, London klubu qabonlu hücumçunun transferini rəsmən bəyan edilib.
"Topçular" 28 yaşlı forvardın keçidina görə dortmundlulara 63,7 milyon avro ödəyib. Bu, "Arsenal" tarixinəən bahalı transfer kimi düşüb.
2013-cü ildən Dortmund klubunda çıxış edən Pyer-Emerik bu mövsüm 24 oyuna 21 qol vurub. Obameynaq "Qəbələ"nin 4 ildir çıxış etdiyi avrokuboklarda onunla matçda het-trik edən ilk və hələ ki yeganə futbolçudu.
O, bunu "Bakcell Arena"da 3:1 hesabı ilə qalib gəldikləri matçda reallaşdırıb və həmin oyundakı topu özüylə Almaniyaya aparıb.

