Qazaxıstan "Astana"sı son 3 ildə UEFA-nın klub reytinqində 385 pillə irəliləyib.
Sportinfo.az xəbər verir ki, hazırda paytaxt təmsilçisi 67-ci pillədə qərarlaşıb.
Halbuki klub 3 il əvvəl 452-ci yerdə idi. "Astana"nın belə irəliləyişə nail olması Avropada yeni rekorddu.
Qazaxıstan klubu ölkə tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına vəsiqəni təmin edib. "Astana" növbəti mərhələdə Portuqaliya "Sportinq"i ilə üz-üzə gələcək.
Bu klub 2015-2016 mövsümündə Çempionlar Liqasının, 2016-2017 mövsümündə isə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

