Bu it hamının başına bəla oldu, aranı qatdı - VİDEO

8 Dekabr 2017 16:48 Avropa Liqası 526
Bu it hamının başına bəla oldu, aranı qatdı - VİDEO

Avropa Liqasının qrup mərhələsində Makedoniya "Vardar"ı ilə Norveç "Rusenborq"u arasındakı VI tur matçı zamanı meydana it girib.

Sportinfo.az xəbər verir ki, hadisə ikinci hissədə meydan sahiblərinin cərimə zərbəsini yerinə yetirməyə hazırlaşdığı vaxt baş verib.

Bu zaman meydanın onlara aid hissəsi boş olduğundan, it mərkəzədək gəlib və onu uzaqlaşdırmağa çalışan "Vardar"ın qapıçısı Filip Qaçevski ilə oynamağa başlayıb.

Stüardlar dördayaqlı canlını uzaqlaşdırmaqda çətinlik çəkiblər. Bir müddət sonra itin özü onların əlindən çıxaraq, tribunaların altına tərəf yollanıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti