Avropa Liqasında V turun ən yaxşı oyunçusu - Cefferson Farfan

25 Noyabr 2017 00:40 Avropa Liqası 482
Avropa Liqasında V turun ən yaxşı oyunçusu - Cefferson Farfan

“Lokomotiv”in futbolçusu Cefferson Farfan Avropa Liqasında həftənin oyunçusu seçilib.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Moskva təmsilçisinin V turda Danimarka “Kopenhagen”ini 2:1 hesabı ilə məğlub etdiyi görüşdə 2 qol vurmaqla buna nail olub.

Perulu futbolçu səslərin 41 fazini toplayıb. C.Farfandan sonra ən yaxşı göstərici 25 faiz səslə İtaliya təmsilçisi “Milan”ın hücumçusu Andre Silvaya məxsusdu.

Üçüncü yeri isə səslərin 14 faizini qazanan Çexiyanın “Slaviya” komandasının yarımmüdafiəçisi Yozef Xuşbauer tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti