Avroliqanın 3-cü turu çərçivəsində keçirilən “Vardar” – “Real Sosyedad” matçının azərbaycanlı hakim Əliyar Ağayev idarə edib.
Sportinfo.az xəbər verir ki, görüş ev sahibinin 0:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Ağayev matçda cəmi 1 dəfə sarı kart göstərib. Həmin rəsmi xəbərdarlıq isə “Vardar”ın erməni futbolçusu Hambardzumyana edilib.
Sözügedən oyunun yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirib. Dördüncü hakim qismində isə Mübariz Haşımov təmsil olunub.

