"Bu problemin həlli bizdən aslı deyil, qərarı UEFA verəcək”

20 Sentyabr 2017 13:36 Avropa Liqası 603
"Bu problemin həlli bizdən aslı deyil, qərarı UEFA verəcək”

Brüssel 2020-ci ildə keçiriləcək Avropa çempionatını qəbul edəcək şəhərlərin sırasından çıxarıla bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb çempionatın oyunlarını qəbul edəcək stadionun tikintisi ilə bağlı yaranan problemdi. Stadionun tikintisi üçün lazım olan sənədlər təqdim edilmədiyi üçün, işlər yubanır.

Belçika Kral Futbol Assosiasiyasının prezidenti Koen de Brabandera problem yarandığını etiraf edib. O, məsələ ilə bağlı qərarı UEFA-nın verəcəyini bildirib:

“Biz hələ də inanırıq ki, çempionatın oyunlarını qəbul edəcəyik. Ancaq bununla yanaşı, realist olaraq qalırıq. Bu problemin həlli bizdən aslı deyil. Qərarı UEFA verəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti