Azərbaycanlı Portuqaliyada

11 Sentyabr 2017 15:36 Avropa Liqası 732
Azərbaycanlı Portuqaliyada

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Vitoriya Gimaraynş” (Portuqaliya) – “Zalsburq” (Avstriya) görüşünü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Sportinfo.az xəbər verir ki, görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimin əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. Matç sentyabrın 14-də “Afonsu Enrikiş” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti