Beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev növbəti beynəlxalq təyinat alıb.
Sportinfo.az xəbər verir ki, A.Xudiyev Avropa Liqasının qrup mərhələsinin ilk turunda Rumıniya "Styaua"sı ilə Çexiya "Viktoriya"sı arasında keçiriləcək oyunda iş başında olacaq.
Görüş sentyabrın 14-də Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq. Hələlik hakimlər briqadası açıqlanmayıb.

