Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, ilk oyunda səfərdə "Vardar"a 0:2 hesabıyla uduzan "Fənərbağça" evdə Makedoniya təmsilçisindən bu məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Gzlənilənlərin əksinə, doğma meydanda da uduzan qonşu ölkə təmsilçisi Avroliqa ilə vidalaşmalı olub.
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu Ukraynanın "Aleksandriya" klubu da Belarus BATE-sinə uduzaraq, mübarizəni dayandırıb. Bu mərhələdə qeydə alınan nəticələrlə aşağıda tanış ola bilərsiz. Onu da bildirək ki, qrup mərhələsinin püşkatması bu gün - avqustun 25-də keçiriləcək keçiriləcək.
AEK (Kipr) - Viktoriya (Çexiya) 0:0 (ilk oyun 1:3)
Dinamo (Kiyev, Ukrayna) - Maritimo (Portuqaliya) 3:1 (0:0)
Qol: Qarmaş, 33. Morozyuk, 35. Qonzales, 61 - E.Şen, 68.
Zenit (Rusiya) - Utrext (Hollandiya) 2:0 (0:1)
Qol: Kokorin, 9; 105.
Ostersun (İsveç) - PAOK (Yunanıstan) 2:0 (1:3)
Qol: Goddos, 71; 77.
Şerif (Moldova) - Legiya (Polşa) 0:0 (1:1)
Aleksandriya (Ukrayna) - BATE (Belarus) 1:2 (1:1)
Qol: Qritsuk, 34-pen. - İvaniç, 70; 73.
Zalsburq (Avstriya) - Vitorul (Rumıniya) 4:0 (3:1)
Qol: Dabbur, 7. Gulbrabdsen, 38. Berişa, 52-pen. Haydara, 88.
Makkabi (Təl-Əviv, İsrail) - Altax (Avstriya) 2:2 (1:0)
Qol: Kyartansson, 41. Yeini, 73 - Ayqner, 20. Netzer, 59.
Fənərbaxça (Türkiyə) - Vardar (Makedoniya) 1:2 (0:2)
Qol: Noyştadter, 61 - Jiqauri, 68. Qliqorov, 90.
Suduva (Litva) - Ludoqorets (Bolqarıstan) 0:0 (0:2)
Skenderbeu (Albaniya) - Dinamo (Zaqreb, Xorvatiya) 0:0 (1:1)
Midtyulland (Danimarka) - Apollon (Kipr) 1:1 (2:3)
Qol: Hassan, 10 - Şembri, 50.
AEK (Yunanıstan) - Brügge (Belçika) 3:0 (0:0)
Qol: Xristodolopulos, 27-pen. Simoes, 39; 90.
Videoton (Macarıstan) - Partizan (Serbiya) 0:4 (0:0)
Qol: Kana, 6. Suma, 24. Djurdjeviç, 35; 87.
Braqa (Portuqaliya) - Hafnarfyordur (İslandiya) 3:2 (2:1)
Qol: Paulinyo, 39; 80. Souza, 90 - Boedvarsson, 16; 51.
Marsel (Fransa) - Domjale (Sloveniya) 3:0 (1:1)
Qol: Cermeyn, 28; 56. Tauvin, 85.
Atletik (Bilbao, İspaniya) - Panatinaikos (Yunanıstan) 1:0 (3:2)
Qol: Muniain, 22.
Rusenborq (Norveç) - Ayaks (Hollandiya) 3:2 (1:0)
Qol: Bendtner, 26. Adeqbenro, 80; 89 - Yunes, 60. Şoene, 61.
Şkendiya (Makedoniya) - Milan (İtaliya) 0:1 (0:6)
Qol: Kutrone, 13.
Srvena Zvezda (Serbiya) - Krasnodar (Rusiya) 2:1 (2:3)
Qol: Radonyiç, 7. Kanqa, 46 - Qranqvist, 82-pen.
Hayduk (Xorvatiya) - Everton (İngiltərə) 1:1 (0:2)
Qol: Radoşeviç, 43 - Siqurdsson, 46.
Austria (Avstriya) - Osiyek (Xorvatiya) 0:1 (2:1)
Qol: Boban, 62.

