Pavel Paşayev kənardan izlədi, klubu Avroliqa ilə vidalaşdı - VİDEO

25 Avqust 2017 00:40 Avropa Liqası 645
Pavel Paşayev kənardan izlədi, klubu Avroliqa ilə vidalaşdı - VİDEO

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin klubu - Ukrayna "Aleksandriya"sı da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda Belarusun BATE klubu ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Millimizin müdafiəçisi bu görüşün iştirakçısı olmayıb. Futbolçumuz matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Bu komandalar arasında Belarusda baş tutan oyunda qalib müəyyənləşməmişdi. Ümumi hesabdakı məğlubiyyət Ukrayna klubunun Avroliqada mübarizəni dayandırmasına səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti