"Qəbələ”nin legioneri Dion Malone Avropa Liqasının III təsnifat mərhələsinin “Panatinaikos”la cavab matçından (1:2) sonra müsahibə verib. Sportinfo.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi sualları cavablandırıb.
Məğlubiyyətin səbəb nə görürsən?
- Cütdə hesabı bərabərləşdirən qolu vurduq. Amma sonra nə baş verdiyini başa düşə bilmədim. Həm sıx oynamalı, həm də qol şansımızı gözləməli idik. Rəqibə təzyiq göstərdik. Ancaq bununla yanaşı, öz oyunumuza fikir verməli idik. Əfsuslat olsun ki, topsuz qaldığımız zaman çox güc itirirdik.
Baş məşqçi necə oynamağınızı tapşırmışdı?
- Meydanda əsas işimiz pressinq tətbiq etmək, qol epizodları yaratmaq və bundan maksimum yararlanmaq idi.
Amma birinci hissədə “Qəbələ”nin ifasında bunu görmədik…
- Müdafiəyə çəkilməmişdik. Çalışırdıq ki, hücumlar quraraq qol vuraq. Bunu fasilədən sonra bacardıq. Rəqib də buna imkan vermirdi.
Avtoqolla yekunlaşan qolunuz nə deyə bilərsən?
- Baxımlı qol alındı. Komanda yoldaşım Monrozdan yaxşı ötürmə oldu.
Hesab “Panatinaikos”un “Qəbələ”dən üstün olmasının, yoxsa şanslardan istifadə edə bilməməyinin nəticəsidi?
- “Panatinaikos” güclü, mobil komandadı. Bu cür oyunda öz şansımızı yaratmalı idik. Çünki güclü və təcrübəli komandalara qarşı oyunlarda bunu etməlisən.
“Qəbələ” əvvəlki iki mövsümdə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Sənin debüt ilində komanda bunu bacarmadı. Hansı emosiyaları yaşayırsız?
- Qrup mərhələsinə yüksəlmək hər birimiz üçün önəmli idi. Bunu bacaracağımıza inanırdıq. Əfsuslar olsun ki, üzücü nəticə ilə qarşılaşdıq. İndi ölkə çempionatı başlayır və bütün diqqətimizi ora yönəltməliyik. Çünki yenidən avrokuboklara qatılmaq üçün orda uğur qazanmalıyıq.

