Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin yeni klubu - "Mlada Boleslav" Albaniyada "Skenderbeu"nun qonağı olub və uduzub - 1:2.
İlk oyunda da çexlər eyni hesabla qalib gəldiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Amma əlavə yarım saatda qapılara qol vurulmayıb. Belədə, penalti seriyasınü müraciət olunub. Daha dəqiq oynayan albanlar Kamranın komandasını mübarizədən kənarlaşdırıb - 4:2.
Çexiya klubunun yeni transferlərindən olan millimizin qolkiperi bu görüşün iştirakçısı olmayıb. Baş məşqçi Duşan Uhrin onun adını heç "ilk 18-liy"ə də daxil etməyib.
Bu da səbəbsiz deyil. Sportinfo.az-ın məlumatına görə, Ağayev son məşqdə ciddi zədə alıb. Topa çıxışda müvazinətini itirən kiperin ayaq əzələsi dartılıb. Əks hplda, dünən qonaqların qapısını o, qoruyacaqdı.

